Muəllif:

Şəkidə qədim yaşayış yeri və nekropol aşkarlanıb

Şəkidə e.ə. 9-7-ci əsrlərə aid qədim yaşayış yeri və nekropol aşkarlanıb.
MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz Arxeoloji Ekspedisiyasının rəisi Nəsib Muxtarovun sözlərinə görə, yeni tapılan qədim yaşayış yeri və nekropol Fazıl kəndinin inzibati ərazisində, Yoncalı adlanan torpaq sahəsinin 5-6 hektar hissəsində aşkarlanıb. Qazıntılar zamanı eramızdan əvvəl 9-7-ci əsrlərə aid qədim yaşayış yeri və nekropol tapılıb. Bu nekropolda ilk dəfə olaraq tuncdan hazırlanmış 3 ədəd ox ucları, tunc, mis və qeyri-metaldan hazırlanmış qol, sinə və baş-bəzək əşyaları aşkarlanıb.

Ərazidə müxtəlif formada dəfn adətləri aşkar edilib. Qazıntılar zamanı ərazidə skif və sak dövrünə aid keramik materialından hazırlanmış qablar da tapılıb. Muxtarovun dediyinə görə, yeni tapılan yaşayış yeri və nekropolda skif və sak dövrü mədəniyyətinin izləri var, Xocalı-Gədəbəy mədəniyyətinin orta və son pilləsinə aiddir. Muxtarov bildirib ki, yeni tapılan yaşayış yeri və nekropol Fazılıda olan yeraltı muzeydən (labirintdən) 1 km kənarda yerləşir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 248