Muəllif: İsmayıl Umudlu
Şəkidə istirahət mərkəzində yanğın
Trend «Kanal S» telekanalına istinadən xəbər verir ki, Şəkinin məşhur istirahət mərkəzlərindən birində yanğın baş verib. Yanğın zamanı istirahət mərkəzində ümumi sahəsi 372 kv.m olan taxta konstruksiyalardan ibarət 5 kottec yanaraq külə dönüb.
Hadisə yerinə dərhal Şəki şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Bu yanğnın nə səbəbdən baş verdiyi hələllik məlum deyil.
Yanğının dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq. Faktla bağlı Şəki şəhər yanğından mühafizə hissəsində araşdırma aparılır.
Bölüm: Xəbərlər
Oxunma sayı: 155