Muəllif: Redaksiya
Şəhriyar Məmmədyarov Pekində hamıdan üstün oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Pekində şahmat üzrə Qran-pri yarışının qalibi olub.
Son turda Boris Gelfandla xalları bölən qrossmeyster ikinci yeri tutan Aleksandr Qrişşukdan yarım xal irəli çıxaraq Qran-prini qazanıb. 11 görüşdən 5-də qalib gələn Şəhriyar 7 xal toplayaraq dünyanın ən yaxşı şahmatçılarından biri olduğunu sübut edib.
Məmmədyarov son bir ayda qatıldığı 4 superturnirin 3-nün qalibi olub və dünya reytinqində böyük sıçrayış edərək hazırkı dünya çempionu Vişvanatan Ananddan 0.7 xal geri qalır.
Bölüm: Idman
Oxunma sayı: 344