Muəllif: Redaksiya
Səfirliyimizin yaxınlığında 500 kq-lıq aviasiya bombası…
Ötən gün diplomatik missiyanın binasının yaxınlığında bombanın olması ilə bağlı məlumatdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Almaniyadakı səfirliyi bu gün öz işini bərpa edib. Səfirlikdən bildirilib ki, daha əvvəl səfirliyin yaxınlığında 500 kq-lıq aviasiya bombası aşkarlanıb.
Bu məlumatın yayılmasından sonra diplomatik missiyanın bütün heyəti, eləcə də yaxınlıqda yerləşən evlərdən 3600 adam da təxliyyə olunub. Hadisə yerində işləyən mütəxəssislərin fikrincə, binanın yaxınlığında aşkarlanan bomba İkinci Dünya müharibəsi illərinə aiddir. Bomba zərərsizləşdirilib.
Bölüm: Dünya
Oxunma sayı: 149