Səfir rus mətbuatını isterikada qınadı
Azərbaycan səfirliyi Orxan Zeynalovun işi ilə bağlı Rusiya DİN-ə note göndərib
Azərbaycan tərəf Moskva ətrafı Biryulovodakı qətldə şübhəli bilinən vətəndaşının saxlanması ilə bağlı Rusiya DİN-ə nota göndərəcək və onla konsul dəstəyi göstərilməsini tələb edəcək deyə Azərbaycanın Rusiyada səfri Polad Bülbüloğlu bildirib.
“DİN-ə nəzərdə tutulan nota hazırdır, sabah göndərəcəyik, bu qətli icra etmədə şübhəli bilinərək saxlanılan və ittiham olunan şəxsə konsul xidməti tələb edəcəyik. Vəkillər onun yanına buraxılmalıdır, lazımdırsa tərcüməçi də buraxılmalıdır və hər şey hüquqi əsasda getməlidir” deyə səfir “Dojd” telekanalına bildirib.
Diplomat qeyd edib ki, əgər Orxan Zeynalovun cinayətə aidiyyəti təsdiqlənərsə, o zaman ən yüksək ittihama məruz qoyla bilər. Səfir qeyd edib ki. Onun günahsız olub-olmamasını ancaq məhkəmə deyə bilər, əgər bu cinayəti o edibsə ən yüksək cəzaya layiqdir
P.Bülbüloğlu O.Zeynalovun həbsinin hüquqi pozuntularla müşayət olunduğunu deyib, bu hadisələrin Rusiya KİV-lərində işıqlandırırlmasını “isterika” adlandırıb.
“Bu məhkəmə prosessual məcəlləsinin pozulmasıdır, artıq hüquq müdafiəçiləri həbs edilənin hüquqularının pozulduöunu internetdə yayırlar. O, xarici vətəndaşdır və onunla davarnış da buna uyğun olmalıdır” deyə səfir qeyd edib.
“Bütünlükdə isə bu məişət zəminində baş verən davadır, nəişət zəminində baş verən qətldir ki, meqapolislərdə hər gün baş verir. Bu tək-tək baş verən hadisə deyil. Polis üçün bu gündəlik işdir. Amma siz baxın bu olayın ətrafında hecə isteriya yaradıblar” deyə P.Bülbüloğlu qeyd edib. O, deyib ki, əldə etdiyi informasiyaya görə bu gün Moskvada azərbaycanlı qətlə yetirilib və bu şəxsin meyiti günorta vaxtı avtodayanacağın yanında aşkar edilib.
Səfir həmçinin Azərbaycanda bur rusun azərbaycanlını qətlə yetirməsi hadisəsi haqda danışıb. “Bizdə də mətbuat var, biz də xalqı ayağa qaldıra, rus azərbaycanlını qətlə yetirib, buna görə rusları azərbaycandan qovmaq lazımıdır deyə bilərik. Biz ki, bunu etmirik” deyə P.Bülbüloğlu nəzərə çatdırıb.