Muəllif:

Səfir Riçard Morninqtar Gəncədə olub

ABŞ-ın Azərbaycan Səfiri Riçard Morninqstar 21-22 sentyabrda Gəncəyə səfər etdi. Səfir Gəncə İcra hakimi Elmar Vəliyevlə, Gəncə yerli seçki komissiyasının nümayəndələri ilə və yerli qeyri-hökumət təşkilatları ilə görüşmüş və seçkiqabağı vəziyyəti müzakirə etmişdir. Səfir ABŞ Sülh Korpusunun könüllüləri ilə də görüşmüş və onların regionda azərbaycanlı həmkarları ilə işləri haqqında öyrənmişdir.
ABŞ səfirliyindən AYNAya daxil olan xəbərə istinadən, Səfir Morninqstar və xanımı Feys Morninqstar qadınların liderlik konfransında da iştirak etmiş və məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbəyə baş çəkmişdir.
ABŞ-ın Azərbaycan missiyasının İctimai əlaqələr şöbəsinin rəhbəri Stiven Qays cənab səfiri Gəncə səfərində müşayiət etmişdir. Cənab Qays həmçinin Tovuz və Şəkiyə səfər etmiş, yerli media qurumları ilə görüşmüş, mübadilə və mədəni proqram imkanları barədə və Amerika Mərkəzləri proqramları barədə müzakirələr aparmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 97