Səfir nə deyib, Müdafiə Nazirliyi nə deyir
“Müdafiə Nazirliyinin məlumat yaydığı, nazir Səfər Əbiyevlə ABŞ səfiri R.Morninqstar arasındakı görüş özəl, diplomatik görüş olub. Görüş konstruktiv xarakter daşıyıb, amma səfir Morninqstara aid edilən fikirlər dəqiq deyil” deyə nazirliyin mətbuat xidmətinin yaydığı informasiyanı Turana şərh edən səfirlik bildirib.
Xatırladaq ki, müdafiə nazirliyinin yaydığı məlumata görə səfirlə nazir arasındakı görüşdə S.Əbiyev prezident seçkilərinin nəticələrinə dair ABŞ-ın tənqidlərinə narazılıq ifadə edib. Səfir R.Morninqstarsa nazirin mövqeyilə razılaşaraq guya “seçkilərin arxada qalmasıl, İlham Əliyevin qalib olması və müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsair edə bilməyəcəyi” mövqeyini bildirib.
Müdafiə naziri Səfər Əbiyev və ABŞ-ın Azərbaycanda səfiri Riçard Morninqstar arasında oktyabrın 14-də keçirilən görüşdə prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuata açıqlandıqdan sonra səfirlik məlumatın dəqiq olmaması mövqeyi ifadə edib. .
Nazirlik səfirliyin təkzibinə təəssüf ifadə edir. Həm də məlumatın səfirə aid hissəsində təhrifə yol verilmədiyini, səfirin ifadələrinin olduğu kimi yayıldığını bildirir. Nazirlik bildirir ki, səfirlik mövqeyində israr etdiyi halda səfir R.Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır.

