Muəllif: Redaksiya
Səfir Ceyms Vorlik Bakıda görüşlər keçirib
Səfir Ceyms Vorlik Minsk Qrupunun ABŞ həmsədri kimi yeni vəzifəsində bugün Bakıya səfər edib. ABŞ səfirliyindən yayılan açıqlamaya görə, səfir Vorlik Prezident İlham Əliyevlə və Xarici işlər naziri Elmar Məmmədyarovla davamlı sülh prosesini, Müdafiə naziri Səfər Əbiyevlə təhlükəsizlik durumunu müzakirə etdi. O, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərə yardım etmək istəyini və ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya Federasiyası və Fransa ilə birgə işləmək öhdəliyini bir daha vurğuladı.
Səfir Vorlik regionda məsləhətləşmələri davam etdirmək üçün sentyabr ayının 10-unda İrəvana səfər edəcək.
Bölüm: Siyasət
Oxunma sayı: 209