Muəllif:

Səfir: Bakı-Budapeşt-Bakı birbaşa aviareysi uğurlu olub.

Yeni açılan Bakı-Budapeşt-Bakı birbaşa aviareysi uğurlu olub. Bu iş üzərində iki il idi işləyirdim. Bu uğurun təməlində tək macar deyir, eyni zamanda Azərbaycan tərəfi durur.
Macarıstanın Azərbaycan səfiri Jolt Çutora bildirib ki, aviareysin açılması ilə iki xalq bir-birinə daha da yaxın olur: “Əgər 2012-ci ildə 1047 viza vermişiksə, 2013-cü ildə bu rəqəm 2 mini keçib. Reys açılandan sonra bu rəqəm xeyli artdı. Azərbaycanın Macarıstandakı səfirliyinin nə qədər viza verdiyi bilməsəm də, düşünürəm ki, onların verdiyi vizaların sayı iki dəfə çox olar. Bu, turizm, biznes üçün çox faydalıdır. Aviareysin açılması ölkəmiz arasında tarixi addım oldu”.

Səfir viza verilməsində yaranan növbələrə və səfirliyin konsulluq şöbəsi ilə bağlı şikayətlərə də toxunub: “Hamı vizanı növbəsiz almaq istəyir. Lakin bu mümkün deyil. Biz də vəziyyətə uyğun addımlar atmağa çalışırıq, üstəlik, biz xahiş etmişik ki, ştatımızı genişləndirsinlər. Lakin bunun üçün əlavə vəsait və münasib yer lazımdır”. Səfir:

Səfir onu da deyib ki, bu il Azərbaycan ilə Macarıstan arasında ticarət dövriyyəsinin iki dəfə artacağı gözlənilir. Ötən il isə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 58 mln. avro təşkil edib və bu, 2011-ci ilə nisbətən bir qədər azdır. APA-ya açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora qeyd edib ki, nisbi azalmanın səbəbi Macarıstanın yeni şərq siyasətinin tətbiqi etməsi ilə bağlıdır: «Bu siyasətin nəticələrini bir müddət sonra görmək mümkün olacaq. Artıq bu il ticarət dövriyyəsinin həcmi iki dəfə artacaq».

Səfir qeyd edib ki, Azərbaycan və Macarıstan əsasən kənd təsərrüfatı sahəsində əməkdaşlıq edir: «Bu yaxınlarda Macarıstandan Azərbaycana iribuynuzlu mal-qaranın gətirilməsi gözlənilir, həmçinin ticarət əməliyyatları artır».

Azərbaycanın «Şahdəniz» qazının Avropaya nəqli üçün TAP layihəsini seçməsinə şərh verən J.Çutora bildirib ki, Macarıstan bu seçim nəticəsində alternativ qaz idxalı marşrutundan məhrum olunub: «Şahdəniz» konsorsiumu tərəfindən «Nabucco-West» layihəsi əvəzində TAP-ın seçilməsi Macarıstana sərf etmirdi. Bu, Macarıstana enerji daşıyıcıların idxal edilməsinə təsir edəcək. Bizim alternativimiz qalmayıb və hazırda diqqətimizi daha çox Rusiyadan idxal olunan qaza yönəltməliyik, çünki aldığımız qazın 80%-i Rusiyadan nəql olunur. Buna baxmayaraq, iki ölkə arasında çox gözəl əlaqələr mövcuddur. Təkcə Budapeşt-Bakı aviareysinin açılması ticarət dövriyyəsini artırır. Lakin düşünürəm ki, neft sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirməliyik».

Gələcək planlardan danışan səfir qeyd edib ki, hazırda tərəflər arasında Azərbaycanda Macarıstan mağazası və restoranının açılması ilə bağlı ciddi danışıqlar aparılır və müvafiq işlər görülür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 251