Muəllif:

Şəfiqə Axundova vəfat etdi

Bir müddətdir səhhətində problemlər yaşayan Şərqin opera yazan ilk qadın bəstəçisi, xalq artisti Şəfiqə Axundova bu gün dünyasını dəyişib. Bir az əvvəl Şəkidən Bakıya müalicəyə gətirilən Şəfiqə Axundova bu gün müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Şəfiqə Axundova 1924-cü ildə Şəkidə doğulub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə «Şöhrət» ordeni ilə təltif edilib.

Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların («Leyla», «Bəxtiyar ellər» və s.), «Ev bizim, sirr bizim» operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün «Aydın», «Əlvida Hindistan!», «Nə üçün yaşayırsan?» və s. tamaşaların, «Təlxəyin nağılı», «Dovşanın ad günü» və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 264