Muəllif:

Sayımız 9,356 mln. nəfərə çatıb

Ötən il ərzində Azərbaycan əhalisinin sayı 2011-ci ilə nisbətən 121,4 min nəfər və ya 1,3% artaraq 9,356 mln. nəfərə çatıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin yarıdan çoxu — 52,9%-i şəhərlərdə yaşayır.
Azərbaycanda qadınların sayı kişilərə nisbətən yenə də çox olaraq qalır — 50,4%. Belə ki, hər 1 000 nəfər kişiyə 1 016 qadın düşür. Ölkədə gənclər əhalinin 30,3%-ni təşkil edir.
Güney Qafqaz dövlətləri ilə müqayisədə demoqrafik situasiyanın normallığı bizi razı salır. hər halda kəmiyyət etibarilə bu, belədir, qalır keyfiyyət məsələsi. Azərbaycanlılar dünya əmək bazarında, intellektual səviyyədə qonşularla müqayisədə nə dərəcədə rəqabətə davamlıdır. Bu sualın cavabını isə sosioloqlar verə bilərlər.
Son xəəbərlərə görə, qonşu Ermənistanda ölkənin boşalması prosesi davam edir və bu situasiya seçkiöncəsi debatlara da sirayət edir. Açıqlanan yeni rəqəmlərə görə, Serj Sarqsyanın prezidentliyi dönəmində 181 mindən çox vətəndaş Ermənistanı tərk edib. APA-nın xəbərinə görə, bu barədə Ermənistanda nəşr olunan «Joxovurd» qəzeti məlumat yayıb. Qəzet yazır ki, 2012-ci ildə Ermənistandan 42 min 764 nəfər gedib. Ermənistanın yavaş-yavaş boşalması rəsmilər tərəfindən etiraf olunur, bu hal ölkədə narahatlıq yaradıb, lakin situasiyanı düzəltmək üçün təsirli tədbirlər tapılmır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126