Muəllif:

Saxta məktəbli geyimləri Çindən gətirilir

Dünyada təzə çıxan hər şeyi — geyimdən tutmuş rusların son model qırıcılarını da çinlilərin «ştammpovka» etdiyini eşitmişdik, bunu yox. İndi xəbər tuturuq ki, bizim
məktəbli formalarını da «ştampovka» etməyə girişiblər. Nə söz, kişilər əsl kommersantlardır və Bakıda pul qırırlar. Artlq Bakı şəhərində bu saxta məktəbli formalarının satıldığı müəyən edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli formalarının keyfiyyəti ilə bağlı maraqlı faktlar aşkarlayıb.

Bəlli olur ki, komitənin “Qaynar xətt”inə məktəbli formalarının keyfiyyətinin aşağı olduğu, standartlara uyğun olmadığı iddiaları ilə məktublar və müraciətlər gəlməkdədir.
Araşdırmaların gedişində müəyyən edilib ki, şəhərdə bir neçə ünvanda kontrafakt məktəbli formaları, əmtəə nişanlarının saxtalaşdırılması yolu ilə haqsız rəqabətə şərait yaradan müəssisələrin məhsulları satılmaqdadır. Komitə tərəfindən bu məhsulların Çin Xalq Respublikasından idxal olunduğu, keyfiyyətin aşağı olduğu, təhlükəsizlik göstəricilərinin standarta uyğun olmadığı bildirilir.

Mövcud vəziyyəti araşdırmaq məqsədilə avqustun 2-də komitə dövlət dövlət nəzarəti tədbiri keçirmək niyyətindədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 359