Muəllif:

Saxta arayışla bankdan pul götürüb ödəmədən yayınan şəxs həbs olunub

Bərdədə saxta sənədlərlə bankdan pul götürüb, sonra ödəməkdən imtina edən şəxs rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Zaminbank Bərdə filialından bildirilib ki, Tərtər rayonu Evoğlu kənd sakini, 1970-ci il doğumlu Əliyev Hakim Rəşid oğlu, qardaşı Əliyev Teyyub Rəşid oğluna məxsus, fəaliyyəti olmayan “Şəhriyar” MMC-dən qohumlarının adına alınan saxta arayışlarla sözügedən filialdan 13 min manatdan çox pul götürüb və sonra ödəməkdən boyun qaçırıb. Bank tərəfindən yerli hüquq-mühafizə orqanlarına edilən müraciət əsasında Bərdə rayon Polis Şöbəsində açılan cinayət işi yekunlaşdıqdan sonra baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib. Məhkəmə borc alanın öz öhdəliyini yerinə yetirməsi haqda qərardad çıxarıb. Buna baxmayaraq, Hakim Əliyev məhkəmə tərəfindən qəbul olunan qərarın icrasından yayınıb. Tərtər rayon Məhkəməsinin çıxardığı başqa bir qərara əsasən, Hakim Əliyev həbs olunub.

Tərtər RPŞ-dən APA-ya bildirilib ki, Hakim Əliyev hazırda Tərtər polis təcridxanasında saxlanılır.
Saxlanılan şəxsin yaxın qohumları və ailə üzvləri istintaqa cəlb olunublar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140