Muəllif:

Sankt-Peterburqdan 9 deportasiya

Sankt- Peterburqda kütləvi davada iştiraka görə saxlanmış 9 Azərbaycan vətəndaşı vətənə deportasiya olunacaq. Rusiya mediasına istinadən, araşdırma zamanı saxlanan şəxslərin Rusiya ərazisində qeyri-leqal yaşadığı üzə çıxıb və  deportasiya barədə qərar verilib.

Xatırladaq ki, azərbaycanlıların iştirakı ilə kütləvi dava fevralın 19-da Sankt-Peterburqun cənubunda baş verib. Azərbaycanın Sankt-Peterburq Baş Konsulluğu bildirib ki, davaya səbəb gəlinin toy ərəfəsində qaçırılması olub. Dava nəticəsində dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı 28 nəfər saxlanıb. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 137