Sankt-Peterburqda zəhərlənənlər arasında azərbaycanlılar da olub
Sankt-Peterburqda inşaatda zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşının oldugu
bildirilir. Bəlli olduğu kimi, Pulkovo hava limanının yeni terminalının tikintisini aparan IC Ictas-Astaldi tikinti firmasında çalışan 500-ə yaxın inşaatçınahar yeməyindən sonra zəhərlənib. Onların nahar yeməyində verilən keyfiyyətsiz toyuq ətindən zəhərləndiyi bildirilib. Bu qida məhsulu «Sofiya»
firmasından daxil olmuşdur.
Zəhərlənənlər arasında Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları da az deyildir.
İlkin diaqnoz — kəskin qastroenterokolit və ya qida toksikoinfeksiyasıdır. Zəhərlənmiş olan 350 nəfər təcili-tibbi yardım maşınları ilə Botkin Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə ambulator yardım göstərilib və onlar evə buraxılıb.
15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Məsələ araşdırılır.