Sami Yusufu İstanbulda Mehtər Takımı qarşılayıb
Azərbaycan əsilli ingilis sənətçi Sami Yusuf son albomu «Salaam»ın tanıtımı üçün İstanbula gəlıb. Anadolu Agentliyinin yaydığı xəbərə görə, Dubaydan Atatürk Havalimanına enən İigilis sənətçini burada çox sayda heyranı və Mehtər Takımı qarşılamışdır. Sami Yusuf heyranları ilə fotoşəkil çəkdirmiş, musuqisini Mehtər
Takımının ifa etdiyi «Salaam» mahnısını heyranları ilə birlikdə oxumuşdur.
Sami Yusuf qəzetçilərə açıqlamasında Türkiyədə olmaqdan məmnuniyyət duyduğunu söyləyərək deyib: «Türk xalqı mənim hər zaman qəlbimdədir. Türkiyənin hər köşəsində yaşayan insanları öpürəm. Allah hamısını qorusun və onlardan razı olsun.
Sami Yusuf 2 apreldə Beşiktaşdakı Four Seasons Otelində ərəbcə «barış» anlamına gələn və insanın Allahın hüzurundakə son halını ifadə edən «Salaam» adlı son albomunun tanıtımına qatılacaq. 6 apreldə isə Antalya Expo Center-də konsert verəcək.