Muəllif:

Şamaxı və Ağsu sürüşmə zonasında aktivlik artır

Şamaxıda 18 sürüşmə zonasında aktivlik artıb. Ağsu aşırımında da vəziyyət təhlükəli olaraq qalır.
“Son vaxtlar intensiv yağan yağıntılar nəticəsində Şamaxıdakı 35 sürüşmə sahəsindən 18-də aktivlik artıb”. Bu açıqlamanı APA-ya MEA Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, fevralın əvvəlindən Muğanlı kəndində sürüşmələrin dərin tədqiqinə başlanılıb. Tədqiqatlar nəticəsində ərazidəki sürüşmələrin 3D modeli qurulacaq: “Ümumiyyətlə, hazırda Şamaxı və Qobustan rayonları ərazilərində çox fəal sürüşmə sahələri var. Muğanlı kəndinin timsalında sürüşmənin 3D modeli qurulacaq. Burada əldə olunacaq 3D nəticələr ölkədəki digər sürüşmə sahələrində də tətbiq olunacaq. Aparılan landşaft ekoloji araşdırmalar ölkə üzrə sürüşmələrin risk və təhlükəlilik dərəcəsini qiymətləndirməyə imkan verəcək”.

M. İsmayılov qeyd edib ki, hazırda Ağsu aşırımında da vəziyyət təhlükəli olaraq qalır: “Aşırımda ağır maşınların hərəkəti qadağan olunsa və turizm obyektləri oradan çıxarılsa da, bu yoldan istifadə çox təhlükəlidir. Gələcəkdə həmin yolu tamamilə dəyişdirmək şərtilə Ağsudan Şamaxıya təzə yol çəkmək olar”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144