Muəllif:

Şahtaxtı və Culfa keçid məntəqələri hələ də bağlıdır: İran tərəfi körpünü bəhanə edir?

Noyabrın 7-dən İran tərəfi Azərbaycanla keçid məntəqələrini hələ də bağlı saxlayır və hər hansı irəlliyiş də görünmür. Bu xəbər Turan-a bölgə müxbirindən daxil olub.
Şahtaxtı və Culfa keçid məntəqələri hələ də bağlıdır. Mənbə sərhəd məntəqələrinin bağlanması ilə bağlı maraqlı bir təfərrüata da toxunub. Belə ki, 3 il öncə İranla Azərbaycan arasında Azərbaycan tərəfdən Culfa ərazisində yeni körpünü tikintisinə başlanılıb. Həmin körpü artıq hazırdır. Amma İran tərəfinin iddiasına görə, Azərbaycan tərəfdən həmin körpü 40-50 metr İran ərazisinə girib və İran tərəfi buna etiraz olaraq keçid məntəqələrini bağlayıb. Mənbənin sözlərinə görə, yerdə qalan güllə atılması və s. kimi açıqlamalar sadəcə bəhanə xarakteri daşıyır. Bununla bağlı İran tərəfi yeni körpünün istifadəsinə icazə vermir. Köhnə körpünü etibarsız sayaraq həmin körpüdən istifadədən imtina edir.
Naxçıvana yanacağın maşınlarla Azərbaycandan gətirildiyini deyən mənbə qeyd edib ki, yaxın bir-iki gün ərzində keçid məntəqələri açılmadığı halda Naxçıvanın yanacaq problemilə üz-üzə qala bilər. Bu halda yanacaq məsələsində təkcə İrana arxayın olmağı etibarsız hesab edən mənbə Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən Naxçıvana xətt çəkilməsinin aktuallaşdığını nəzərə çatdırıb. Azərbaycanla əlaqə saxlamaq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzanmasının zərurətə döndüyünü vurğulayıb.-05B-

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 276