Muəllif:

Şahmat yığmamızın durumu bərbaddır

Şahmat yığmamızın durumunun bərbad olduğu üzə çıxıb. Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Vladimir Tukmakov komandamızdan ayrılarkən bu acı gerçəyin üstünü açıb. Apasport.az saytının xəbərinə görə, ukraynalı olimpiya çempionu deyib:

“Mən artıq bu komandanın məşqçisi deyiləm. Ukraynada olduğu kimi — liderlərə əvəzləyici hazırlanması ilə bağlı konkret proqram təklif etdim. Burada da vəziyyət eynilə təkrarlandı, qəbul olunmadı. Yalnız bizim inkişafla bağlı stimulumuz Elistadakı qələbə, Azərbaycanın isə 2016-cı ildə Bakıda keçiriləcək Olimpiada olmalıdır”.

Tukmakov Ukrayna mətbuatına müsahibəsində bildirib ki, Azərbaycan yığmasının vəziyyəti Ukrayna millisindən daha çətindir: “Orada ehtiyat qüvvə yoxdur. Çox güclü 3 şahmatçı vardı. Ancaq Vüqar Həşimovun səhhətində ciddi problem yarandı. Onun həmişəlik, yoxsa bir müddətlik fasilə götürdüyü hələ aydın deyil. Beləliklə, indi Azərbaycanda dünya elitasının 2 oyunçusu və 3 pis olmayan qrossmeysteri var. Onlar dünya “100-lüyü”nə yaxın mövqedədirlər. Belə komanda ilə yüksək yerlər uğrunda mübarizə aparmaq çox çətindir”.

2011-ci ilin aprelindən yığmamıza kapitan təyin olunan Tukmakov SOCAR klubundakı işini davam etdirəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134