Muəllif:

Şahin Mustafayev: «Ermənistan işğala son qoymayanadək…»

Ermənistan işğalçılığa son qoymayanadək regional layihələrdə iştirakı mümkün olmayacaq, — bu fikri növbəti dəfə iqridadi inkişaf naziri Şahin Mustafayev səsləndirib.“Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində müzakirə edilən məsələlər və iş adamları arasında keçirilən ikitərəfli görüşlərin üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin daha da genişlənməsinə töhfə verəcək. Mayın 25-də Qəbələdə keçirilən biznes forumdan sonra Şahin Mustafayev jurnalistlərə bildirib ki, bu uğurların fonunda regionda yalnız bir ölkə, işğalçı Ermənistan regional proseslərdən kənarda qalıb.

“Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, qonşu ölkələrə torpaq iddiaları regionda əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr törədir və bu ölkə təcavüzkar siyasəti nəticəsində regional layihələrdə iştirakdan məhrumdır, buna görə də siyasi, sosial-iqtisadi, demoqrafik uçuruma yuvarlanır. Ermənistan bu siyasətə son qoyulmayanadək onun hər hansı bir regional layihədə iştirakı mümkün olmayacaq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154