Muəllif:

Sabirabadlı narkotik bağbanının «qazancı» 8 il oldu

Narkotik vasitələri əkbib-becərməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 47 yaşlı Süleyman Ziyadovun cinayət işi üzrə məhkəmə başa çatıb. Süleyman Ziyadovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Sabirabad polisi əməkdaşlarının əməliyyatının gedişində Nərimankənd sakini Süleyman Ziyadovun həyətyanı sahəsinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edilmiş 9 ədəd çətənə kolu və qurudulmuş marixuna aşkarlanıb.
Məhkəmədə ifadə verən Süleyman Ziyadov bildirib ki, əvvəllər bu işlə məşğul olmayıb. İlk öncə meyvə-tərəvəz işi ilə məşğul olan Süleyman Ziyadov anidən şeytana uyaraq bu işə başladığını qeyd edib. O, bildirib ki, öz həyətində narkotik vasitə əkib-becərməyə başlayıb. Hələ bundan necə istifadə edəcəyinə qərar verə bilmədiyini söyləyən Süleyman Ziyadov tutduğu əməldən çox peşman olduğunu bildirib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Süleyman Ziyadov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Narkotik alverində ittiham olunan Şirvan şəhər sakini Elşən Qurbanovun da cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. İttiham görə, Elşən Qurbanov istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 23 qram çəkidə heroini əldə edib, daha sonra ayrı-ayrı hissələrə bölərək qablaşdırıb.
Daha sonra 2 qramını 98 manata Şahin Camalova satıb. Qalan 21 qram heroin Elşən Qurbanovun yaşadığı evdən və işlədiyi “Tuana” ərzaq mağazasından aşkar edilib.
Hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Elşən Qurbanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onu da əlavə edək ki, Şahin Camalovun barəsində olan cinayət işi ayrıca icraata ayrılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 281