Muəllif:

Sabir Rüstəmxanlı Doğu Türküstanda uyğur aydınları ilə görüşüb

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı Doğu Türküstanda səfərdədir. Səfərdə məqsəd Azərbaycan və uyğur türkləri arasında bir çox sahələrdə, o cümlədən ədəbi sahədə əməkdaşlığın yaradılaraq inkişaf etdirilməsidir. Rüstəmxanlının verdiyi məlumata görə, ilk görüş Urumçidə azərbaycanlı və uyğur iş adamlarının iştirakı ilə keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı perspektivlər müzakirə edilib (APA).

Səfər çərçivəsində Tanrı dağını, qədim Kaşğar şəhərində Yusif Balasaqunlu və Mahmud Kaşğarinin məzarlarını ziyarət edən millət vəkilinin növbəti görüşü tanınmış yazıçı və naşirlərlə olub. Bu görüşdə Azərbaycan-uyğur ədəbi əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb, bədii nümunələrin oxuculara tanıtdırılması məqsədilə tərcümə ədəbiyyatının inkişaf etdirilməsinin vacibliyinə toxunulub.

Görüşdə Sabir Rüstəmxanlıya bildiriblər ki, artıq onun “Göy Tanrı” əsərinin uyğur dilinə tərcümə edilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, ötən ayın sonunda uyğur türklərinin yaşadığı Doğu Türküstanda daha bir qətliam baş verib. Çin hakimiyyəti ölkənin şimal-qərbində, Uyğur-Sincan Muxtar əyalətinin mərkəzi Urumçidən 280 km aralı, Turfan şəhərinin Lukqun qəsəbəsində uyğurlara qarşı yeni təxribatlar təşkil etməkdə suçlu bilinib.

Baş vermiş qarşıdurma nəticəsində azı 27 uyğur türkü qətlə yetirilib. Millət vəkilinin səfəri həmin hadisənin dünya mətbuatında doğurduğu əks-sədanın hələ də aradan qalxmadığı bir dövrə təsadüf edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168