Muəllif:

Sabir Rüstəmxanlı: Baş verənlər təkcə təbiətin müdafiəsi yox, mövcud iqtidara narazılığın ifadəsidir

Millət vəkili Sabir Rüstəmxanlı Türkiyədə baş verən aksiyaları təkcə təbiətin müdafiəsi yox, mövcud iqtidara narazılığın ifadəsi kimi dəyərləndirir. İndilərdə Türkiyədə olduğunu deyən S.Rüstəmxanlı prosesi canlı izləyir və bunu xalqın ayağa qalxması kimi şərh edir. Aksiyalarda daha çox gənclərin üstünlük təşkil etdiyini vurğulaylır və bütün bunları gənclərin ölkədə gedən proseslərə etirazı kimi görür (Turan).

Deyir: «İlk baxışdan aksiya vətəndaşların ekoloji duruma etirazı kimi qavranılsa da, sonra daha geniş kütlələr prosesə qoşulub».

Onun fikrincə, rəsmi Ankaranın aksiyaya həqarətlə yanaşması, millətə qarşı saymazlığı bütün Türkiyəni ayağa qaldırıb. Aksiyaların təbiəti qorumaq səviyyəsindən çıxdığı və iqtidara qarşı yönəlməsinə diqqət çəkilib.

    S.Rüstəmxanlı İstanbulda başlanan etirazın Azərbaycana təsir edəcəyi proqnozu verib. Onun fikrincə, etiraz dalğasının qarşısını almaq mümkün olmayacaq.

    O, bu etiraz dalğasının təkcə Azərbaycana yox, bütün qonşu ölkələrə öz təsirini göstərə biləcəyini söyləyib. Türkiyədə baş verən olayların kənardan təbiəti müdafiə kimi görünməsinə deputat prosesin heç də göründüyü kimi olmamasına diqqət çəkib. S.Rüstəmxanlı Türkiyədə kütləvi aksiya mühitinin çoxdan yetişdiyini deyib. Vətəndaşların iqtidardan narazılığın, aqresiyasının bu şəkildə özünü nə vaxtsa göstərəcyinin gözlənilən olduğunu söyləyib. VHP sədri aksiyanı türk insanının iqtidara cavabı və millətin iradəsini qırmağın mümkünsüzlüyünün göstəricisi kimi şərh edib. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146