Muəllif: Redaksiya
Sabah Cəmil Həsənli mətbuat konfransı keçirəcək
Oktyabrın 10-da saat 11.00-da prezident seçkilərinin gedişi və ilkin nəticələri ilə bağlı Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli yerli və beynəlxalq jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Bu barədə Cəmil Həsənlinin Seçki Qərargahı məlumat yayıb. Mətbuat konfransı Müsavat Partiyasının qərargahında olacaq. Konfransda Cəmil Həsənlinin Seçki Qərargahının ilkin hesabatı təqdim olunacaq.
Bölüm: Siyasət
Oxunma sayı: 171

