Muəllif:

Saakaşvili mərhum Qamsaxurdiyaya Milli Qəhrəman adı verdi

Gürcüstan prezidenti vəzifəsində son günlərini keçirən Mixail Saakaşvili keçmiş prezident, mərhum Zviad Qamsaxurdiyaya Milli Qəhrəman adı verib. Saakaşvili bunu Axmeti rayonunun Kvemo Alvani kəndində 2008-ci ilin avqust müharibəsində qəhrəmancasına həlak olan Georgi Ansuxelidzenin memorialının açılışında deyib.

Saakaşvili Qamsaxurdiyanın milli azadlıq məşəlini daşımış şəxs olduğunu bildirib: “Sameqrelo kəndlərinin birində silahdaşları tərəfindən tərk edilən və satqınlarla əhatə olunaraq öldürülən Qamsaxurdiya o zamankı Gürcüstanın simvolu idi. O, son anlarında yalnız “Mən Gürcüstanam!” sözlərini deyə bilmişdi…”

Gürcüstan milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri, mərhum Merab Kostava da “Milli Qəhrəman” adını alıb. Saakaşvili Kostavanı Gürcüstanın müstəqillik ideyasının daşıyıcısı adlandırıb: “O, uzun illər dəhşətli işgəncələrə məruz qalsa da, bir saniyə də olsun geri çəkilmək haqda düşünməyib”.

Lakin bursı da var ki, Qamsaxurdianın Gürcüstan Azərbaycanlılarına münasibəti yumşaq
deyilsə yaxşı sayıla bilməzdi və onun dönəmində Gürcüstandan Azərbaycana böyük bir köç yaşanmışdı ki, onun fəsadları indi də özünü hiss etdirir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181