Muəllif: Redaksiya
Saakaşvili: Bu barədə danışanlar ya Gürcüstanı sevmir, ya da Gürcüstanın düşməni ilə əlaqəlidir
Gürcüstanın Batumi limanına gəlmiş ABŞ-a məxsus “Balkli” gəmisində keçirilən rəsmi qəbulda Gürcüstan prezidenti və baş naziri arasında mübahisə baş verib.
“İnterfaks”a istinadən, 11 avqust axşamı keçirilən tədbirdə çıxış edən baş nazir Bidzina İvanişvili 2008-ci ildə Cənubi Osetiyada baş vermiş hərbi münaqişəyə görə keçmiş hökumətin məsuliyyət daşıdığını bildirib. Baş nazirdən sonra çıxış edən prezident Mixail Saakaşvili isə bu fikirlərə etiraz edib: “Mən gürcü tərəfinin bu müharibədə məsuliyyət daşıması ilə bağlı fikirləri qətiyyətlə rədd edirəm. Bu barədə danışanlar ya Gürcüstanı sevmir, ya da Gürcüstanın düşməni ilə əlaqəlidir”. Bu zaman B. İvanişvili yerdən replika atıb: “Öz məsuliyyətin haqda danış”.
Bölüm: Dünya
Oxunma sayı: 185