Muəllif:

Saakaşvili: Azərbaycanla münasibətlərdə strateji fəlakət ehtimalı çox böyükdür

Mixail Saakaşvili deyib ki, Gürcüstanın qonşu dövlətlərlə ciddi problemləri var. “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün keçirilən mətbuat konfransında Gürcüstan prezidenti Mixail Saakaşvili danışıb.

“Qars-Axalkalaki dəmir yolunun çəkilişi dayandırılıb, Azərbaycanla münasibətlərdə strateji fəlakət ehtimalı çox böyükdür, həmçinin Türkiyə ilə də bir sıra sərmayə layihələri dayandırılıb. Mən şəxsən bundan çox narahatam, yəqin ki, bu başqaların da ürəyincə deyil. Ümid edirəm, hökumət də narahatdır. Bunların hamısı — üzərində bu vaxtadək çalışdığımız layihələrdir və biz istəməzdik ki, bunlar boşa çıxsın”, deyə prezident qeyd edib.

Mixail Saakaşvili bəyan edib ki, Gürcüstan təcriddə qala biləcək sərvətə malik deyil.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158