Muəllif:

Rza Zərrab və nazir oğulları Metris həbsxanasına gətirildilər

Rüşvət qalmaqalında adı hallanan 16 nəfər məhkəmənin qərarı ilə həbs olunub.  İstanbul polisi tərəfindən aparılan əməliyyat zamanı saxlanılan iş adamı Rza Zərrab, Xalq Bankın baş direktoru Süleyman Aslan, daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyyat naziri Zəfər Çağlayanın oğulları da olmaqla, 16 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 Fatih bələdiyyəsinin sədri Mustafa Demir isə sərbəst buraxılıb. Rza  Zərrab və nazir oğulları tibbi müayinədən keçdikdən sonra Metris həbsxanasına gətirilib. Məmur statusunda olanlar Paşakapısı, Xalq Bankın baş direktoru Süleyman Aslan isə Silivri həbsxanasına göndəriliblər.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 173