Rza Zərdabın iş ortağı olduğu deyilən Babək Zəncani Tehranda saxlanılıb
Rza Zərdabın iş ortağı olduğu deyilən Babək Zəncani Tehranda saxlanılıb, bu barədə “Fars” agentliyi İran Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb. Babək Zəncani İran neftinin “qara bazar”da satışından qanunsuz gəlir əldə etməkdə təqsirləndirilir.
Türkiyədə rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə aparılan istintaq işində adı keçən iranlı iş adamlarının ölkəyə tətbiq olunan embarqo sayəsində qeyri-leqal gəlirlər əldə etdikləri haqda xəbərlər yayıldıqdan sonra İran prezidenti Həsən Ruhani vitse-prezident İshaq Cahangiriyə bu məsələnin araşdırılması barədə göstəriş verib. O, dövlətin verdiyi özəl imtiyazlardan faydalanaraq qanunsuz gəlir əldə edən şəxslərin müəyyənləşdirilməsi və barələrində təhqiqat aparılmasını tələb edib.