Muəllif:

Rüşvətxor bağça direktoruna 4 il şərti cəza verildi

Korrupsiya cinayətində ittiham olunan Xırdalan şəhər 17 saylı uşaq bağçasının direktoru Lalə Əmirovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, məhkəmənin hökmü ilə Lalə Əmirova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə 4 il müddətinə şərti cəza təyin edilib (Trend).
İtttihama görə, Xırdalan şəhər 17 saylı uşaq bağçasının direktoru Lalə Əmirovanın qanunsuz hərəkətləri barədə şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, bağcanın direktoru Lalə Əmirova xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Xırdalan şəhər sakininin azyaşlı qızının bağçaya qəbul olunmasına görə 200 manat məbləğində pul tələb edib, həmin məbləğin 100 manatını 2012-ci ilin dekabrında azyaşlının bağçaya qəbul edilməsi üçün zəruri olan sənədlərlə birlikdə rüşvət kimi alıb.
Lalə Əmirova cinayətkar əməllərini davam etdirərək 4 mart 2013-cü il tarixdə xidməti otağında 60 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Baxış zamanı Lalə Əmirovanın üzərindən rüşvət kimi aldığı 60 manat, şəxsi pul kisəsindən 1.494 manat və 40 avro məbləğində pul, xidməti otağından digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Lalə Əmirova CM 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndiriliib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217