Muəllif:

Rüstəm İbrahimbəyov: “Həbs olunacağım barədə şayiələrlə məni qorxutmaq olmaz”

Rüstəm İbrahimbəyov deyir ki, həbs olunacağı barədə şayiələrlə onu qorxutmaq olmaz.
Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov Azərbaycana gəldiyində həbs olunacağı barədə bəzi KİV-də yayılan məlumatları şərh edərkən deyib:
“Buna səbəb yoxdur, baxmayaraq ki, cinayət işinin (Kinematoqrafçılar İttifaqına qarşı – Turan) başlanması ilə əlaqədar bu barədə şayiələr yayılır. Məqsəd məni qorxutmaqdır, lakin, bu, baş tutmayacaq”, — R.İbrahimbəyov “Meydan TV”yə müsahibəsində bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.
Xəbər verildiyi kimi, R.İbrahimbəyov iyulun 31-də Tbilisi-Bakı aviareysi ilə Bakıya gələcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 217