Muəllif:

Ruslana meydana çıxıb Yanukoviçi biabır etdi

Eurovision-2004 müsabiqəsinin qalibi, Ukraynanın xalq artisti Ruslana Lıjiçko avrointeqrasiya tərəfdarlarının Kiyevin Müstəqillik Meydanında davam edən mitinqində çıxış edib. Ruslana deyib ki, prezident Viktor Yanukoviçin ölkədə keçirilən mitinqlər haqda sözləri alçaldıcıdır və o, ölkəni Avropa Birliyinə aparmayacaqsa, vəzifədən getməlidir: “Mən prezidentin müsahibəsinə baxdım və özümü alçaldılmış hiss etdim. İnsanlar üçüncü gecədir burada donur. O isə guya bizə əl çalır. Bu, millətin alçaldılmasıdır. Onun Ukraynanın imicini ayaqlar altına atmağa haqqı yoxdur. Yanukoviç beynəlxalq səviyyəli böyük səhvə yol verib və Ukraynanı biabır edib. O, indi oturub düşünməlidir ki, bu səhvi necə düzəltsin”.

Ruslana bildirib ki, Yanukoviçin yeganə çıxış yolu özündə güc taparaq assosiasiya sazişini imzalamaqdır: “O, bunu etməsə ümumiyyətlə, bizə lazım deyil”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186