Muəllif:

Rusiya XİN: Terrorçular Volqoqradda «ikinci cəbhə» açmaq istəyiblər

Rusiya Xarici İşlər Nazirli hüsab edir ki, Volqoqradda baş verən terror aktları  konfessiyalararası düşmənçilik yaratmaq cəhdididr. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı  bəyanatda bildirilir.

Deyilir  ki, terrorçular Yeni il ərəfəsində cəmiyyətdə “ikinci cəbhə” açmaq üçün daha bir cəhd həyata keçiriblər: “Biz geri çəkilməyəcəyik və sərhəd tanımayan hiyləgər düşmənlə sərt, ardıcıl mübarizəni davam etdirəcəyik”.

 Rusiya XİN terrorçuluğun hər zaman cinayət olduğunu və cəzalandırılmasının zəruri olduğunu bəyan edib: “Bu gün terrorçuluğun heç zaman olmadığı kimi qınanması və ona qarşı beynəlxalq mübarizə aparılması tələb olunur”.

 Dekabrın 29-da Volqoqrad dəmir yolu vağzalında törədilən terror aktında 17 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Dekabrın 30-da trolleybusda törədilən partlayış nəticəsində isə 14 adam ölüb, 28 adam yaralanıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116