Muəllif:

Rusiya və Türkiyə birbaşa dəmiryol əlaqəsi qurdu

Türkiyə və Rusiya birgə Samsun-Qafqaz dəmiryol-bərə xəttini işə salıblar. Trend-in çərşənbə axşamı Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım deyib.
Nazirin sözlərinə görə, Rusiyanın cənubu və Türkiyənin şimalı ən qısa yolla yeni dəhlizlə birləşdiriləcək, Rusiya ərazisində dəhlizin daxili rayonlarla, şərq, şimal və qərblə əlaqəsi qurulacaq. Türkiyə ərazisindəki şimal və cənub dəhlizləri də birləşdiriləcək ki, bu da kombinasiyalı, tam inteqrasiya edilmiş nəqliyyat fəaliyyətini təmin edəcək.
Qeyd edək ki, layihənin həyata keçirilməsinə 2005-ci ildə start verilmişdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129