Rusiya qazı bahalaşdırdı, Ermənistan çətin vəziyyətdə qaldı
Rusiya qazının qiymətinin artması Ermənistanı çətin vəziyyətə qoydu. Lakin Ermənistan Rusiya qazına alternativ olaraq İran qazından istifadə edə bilməz. Bu barədə jurnalistlərə Ermənistan Respublikası Sahibkarlar İttifaqının sədri Qagik Makaryan bildirib, deyə Turan Armİnfoya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiyanın Ermənistan üçün qiymətini 50% artırmağı təklif etdiyi qaza alternativ olaraq İran Ermənistana qaz verməkdən məmnun olardı. Lakin bunun üçün siyasi qərar qəbul etmək və yeni İran-Ermənistan qaz kəməri tikməyə başlamaq lazımdır, belə ki, mövcud boru kəmərinin ildə 2 mlrd. kubmetr qaz nəql etmək üçün texniki imkanı yoxdur.
“Qazı böyük təzyiqlə vermək, daha sonra sərhəddə yekun istehlakçılar üçün təzyiqi azaltmaq lazım olacaq, düzü mən bunun mümkün olub-olmadığı barədə suala cavab verməyə hazır deyiləm”, deyə Makaryan bildirib. O əlavə edib ki, bu gün Ermənistan Rusiyadan tam energetik asılılıqdan imtina edib, belə ki, bütün enerji resursları bu ölkədən təmin edilir və Ermənistanın strateji energetika aktivləri Rusiyanın mülkiyyətidir, hələlik başqa alternativ yoxdur.
1 kub metr Rusiya qazının hazırki 180 dollardan 270 dollara qədər artırılmasından irəli gələrək, bu günlərdə qaz inhisarçısı “ArmRosqazprom” QtSC (aksiyaların 80%-i “Qazprom” ASC-yə məxsusdur) İctimai xidmətlərin tənzimlənməsi üzrə Komissiyaya əhali üçün qazın qiymətinin 67,4%, böyük istehlakçılar üçün isə 61,3% — 1 kub metr üçün 243 dollardan 392 dollara qədər artırılması haqqında ərizə təqdim edib.