Muəllif:

Rusiya MN: Onlar sərhəd qoşunları və daxili qoşunlardır

Rusiya Müdafiə Nazirliyi son günlər bizim mediada guya Rusiya tərəfindən Azərbaycanla sərhədə qoşun yığılması barədə məlumatlara aydınlıq gətirib.
Dağıstan hökumətindən isə bildirilib ki, Dağıstanın Azərbaycanla sərhəd rayonlarındakı qoşunlar Rusiyanın sərhəd qoşunları və daxili qoşunlarıdır.

“Rusiya Silahlı Qüvvələri Dağıstanın Azərbaycanla sərhəd rayonlarında heç bir qoşun növü cəmləşdirməyib”. Bu barədə APA-nın müxbirinə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Nazirlikdən qeyd ediblər ki, Dağıstanın Azərbaycanla sərhəd rayonlarında qoşunlar cəmləşdirilməyib və bunun üçün zərurət də yaranmayıb.

“Dağıstanın Azərbaycanla sərhəd rayonlarında olan qoşunlar sərhəd qoşunları və daxili qoşunlardır”. Bu barədə isə Dağıstan hökumətindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, həmin qoşunlar uzun müddətdir ki, sərhəddə yerləşdirilib: “Onlar Dağıstanın cənubunda terrorçulara qarşı əməliyyat keçirirlər”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 452