Muəllif:

Rusiya MN hərbçiləri Azərbaycana səfər edə bilər

Rusiya Müdafiə Nazirliyi öz əməkdaşlarının 7 postsovet ölkəsinə səfər etməsinə icazə vermir.
Nazirlik öz əməkdaşlarının səfər edə biləcəyi ölkələrin siyahısı hazırlanıb, siyahıda Azərbaycanın da adı var. İnnən belə Rusiya hərbçilərinin Misir və İsraildə istirahət etməsi yasaqdır. Dövlətin bu qərarı Misir və İsraildə hərbi-siyasi vəziyyətlə əlaqələndirilir.

Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimovun imzaladığı əmrə əsasən, qizli və çox gizli məlumatlara sahib olan hərbi və mülki işçilərinin gedə biləcəyi ölkələrin siyahısı hazırlanıb. Həmin siyahıda Azərbaycan və Türkiyə daxil olmaqla 39 ölkənin adı yer alıb. Misir və İsrailə getmək isə yasaq olunub. Hərbçilərin gedə biləcəyi ölkələr siyahısında Azərbaycan, Ermənistan, Türkiyə, Avstriya, Bolqarıstan, Belarus, Vyetnam, Macarıstan, Yunanıstan, İtaliya, Tunis, Fransa və digər ölkələr yer alırlar.

Yasaq ölkələr siyahısında isə Misir və İsraillə yanaşı Tacikistan, Qırğızıstan, Türkmənistan, Estoniya, Litva, Latviya və Gürcüstan yer alır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141