Muəllif:

Rusiya İmperiyasının təbəəsi olmuş xalqlar vətəndaşlıq ala biləcək

Rusiya Dövlət Dumasında keçmişdə Rusiya İmperiyasının təbəəsi olmuş xalqlara vətəndaşlıq verilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. APA xəbər verir ki, Dövlət Dumasının deputatı, Millətlərin işi üzrə komitənin sədri Hacımet Səfərəliyev bu qanunun Çar Rusiyası ərazisində yaşamış xalqların Rusiya vətəndaşlığı almasını asanlaşdıracağını bildirib.
Dağıstanlı deputat bildirib ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrında Federasiya Şurasında çıxışı zamanı Rusiya İmperiyası dövründə bir dövlətdə yaşamış xalqların indiki nəvə-nəticələrinə Rusiya vətəndaşlığı verilməsi prosedurlarının hazırlanmasını tapşırıb: «Biz də bu tapşırığı yerinə yetiririk».
Səfərəliyevin sözlərinə görə, qanunun qəbul edilməsindən sonra XIX əsrdə Qafqaz müharibəsi zamanı Türkiyə və Suriyaya köçən çərkəzlərə da Rusiya vətəndaşlığı verilə bilər:
«Rusiya İmperiyasından müxtəlif səbəblərlə ayrılan xalqlara da Rusiya vətəndaşlığı verilə bilər. Suriyada hal-hazırda müharibə gedir. Orada çoxlu sayda çeçen və dağıstanlı yaşayır. Onları orada taleyin ümidinə buraxmaq olmaz».
Lakin rus milliyyətçiləri bu qanuna qarşı çıxmış və onun qəbulunun təhlükəli olacağını bildiriblər. Məsələn, «Rusiyalılar» Hərəkatının lideri Dmitri Demyuşkin qanun qəbul olunduqdan sonra Qafqaz və Mərkəzi Asiyadan böyük miqrant axını olacağını söyləyib:
«Fikrimcə, yalnız milliyyətcə rus olanları vətəndaşlığa qəbul etmək lazımdır. Əgər dövlət Qırğızıstan, Tacikistan və başqa postsovet ölkələrindən gələn miqrantların qanuniləşdirilməsini, yəni onlara vətəndaşlıq verilməsini istəyirsə, mən bunun qəti əleyhinəyəm. Artıq ölkə doğum evinə çevrilib. Miqrantlar hamiləliyin doqquzuncu ayında bura gəlirlər ki, uşağı Moskva sakini kimi qeydiyyata alsınlar. Bunun qarşısını almaq lazımdır. Həmin xalqların artıq öz müstəqil dövlətləri var. Getsinlər orada yaşasınlar».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 208