Muəllif:

Rusiya ilə sərhəd bölgələrində məxfi əməliyyatlar gedir

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb.
“Sərhəd-sipər” adı altında keçirilən bu əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. Əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.

Zaqatala sakinlərinin APA-ya verdiyi məlumata görə, rayon ərazisində postlar qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

Qax Rayon Polis Şöbəsindən əməliyyatların aparılması təsdiqlənsə də, əməliyyatın məxfi olduğunu əsas gətirərək ətraflı məlumat verilməyib. Quba Rayon Polis Şöbəsindən bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bildirib ki, aparılan əməliyyatlar başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168