Rusiya Gürcüstandan qəsb etdiyi torpaqları çəpərləyir
Torpaqlarının ucu-bucağı bilinməyən böyük Rusiya bapbalaca Gürcüstandan qəsb etdiyi torpaqları çəpərləyir. Gürcüstan gürcü-osetin münaqişəsi zonasında tikanlı məftillərin çəkilməsi ilə əlaqədar İsveçrə səfirliyi vasitəsilə Rusiyaya nota göndərməli olub. Xarici işlər naziri Mayya Pancikidze AB-nin ölkədəki missiyasının rəhbəri Filip Dimitrovla görüşündən sonra qüdtəli şimal qonşusunun bu əcaib hərəkət barədə jurnalistlərə açıqlama verib. Görüşdə nazir AB səfirini regiondakı durumla
tanış edib.
Gürcüstan XİN notada bəyan edib ki, Rusiya sərhədçiləri Gürcüstanın Sxinvali regionu ilə həmsərhəd olan Qori rayonunun Ditsi kəndi və Kareli rayonunun Dvani kəndi səmtlərdə tikanlı məftillər çəkiblər.
XİN bu faktla bağlı olaraq hiddətini ifadə edir və bəyan edir ki, bu, ölkənin ərazi bütövlüyü prinsipinin pozulması deməkdir.
Dimitrov bildirib ki, AB müşahidə missiyası bütün bu məlumatları dəqiqləşdirmək üçün öz adamını münaqişə zonasına göndərib: «Söhbət heç də rus sərhədçilərin neçə metr irəli gəlməsindən deyil, prinsipdən gedir».