Muəllif:

Rusiya gələn ilin əvvəlində miqrantlardan imtahan götürəcək

Rusiyada gələn ilin əvvəlində ölkədə yaşamasına icazə verilməsi üçün miqrantlardan götürüləcək imtahanlarda keçmiş SSRİ ölkələrindən gələnlərə xüsusi güzəştlər olunacaq. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev deyib ki, bu barədə onlara ötən gün ölkə rəsmiləri və Dövlət Dumasının deputatları ilə keçirilən görüşdə bildirilib. Miqrantlardan götürüləcək imtahanların əsasən rus dili və Rusiyanın qısa coğrafiyası, tarixi barədə olacağını bildirən Hacıyev deyib ki, postsovet ölkələrindən gələn miqrantlara ediləcək güzəştlərin səbəbi onların əksəriyyətinin yuxarıda tələb olunanlar barədə onsuz da məlumatlı olmasıdır: “Çünki biz iki əsrə qədər eyni imperiyanın, dövlətin tərkibində yaşamışıq və tarixi yaxınlıq kifayət qədərdir. Bu da həmin ölkələrdən gələn miqrantların Rusiya və rus dili haqqında yaxından məlumatlı olmasına əsas verir. Ona görə də bu imtahanlar bunlardan formal olaraq götürüləcək”.

Bununla bağlı qanunun Rusiyada gələn ilin əvvəlindən tətbiq olunacağını deyən ÜAK rəhbəri bildirib ki, imtahanların konkret sualları gələn ili əvvəlində müəyyən olunacaq. O deyib ki, bu qaydalar qüvvəyə minənə qədər və ondan sonra gəlib ölkədə işləyən bütün miqrantlara aiddir (APA).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152