Muəllif:

Rusiya, Ermənistandan rədd ol! Qazprom, Ermənistandan rədd ol!

Rusiya ermənilərdən nə zamansa eşitməli olduğunu eşitdi. Rusiyanın onlar üçün etdiklərinə bir qara qəpik qiymət verilmədi. Rusiyaya qapını göstərdilər. Ermənistan Rusiyaya Azərbaycanla normal qonşuluq münasibətində olmağı bağışlaya bilmir, axı onların nəzərində Rusiya yalnız «erməni işi» üçün bir vasitədir. Uzaqbaşı üzüyola bir uşaqdır. Erməni nə desə onu yerinə yetirməlidir. Ermənilərin Rusiyanın İrəvan səfirliyi qarşısında mavi yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyası bunun əyani ifadəsi oldu. Onların əllərində tutduqları şüarlarda “Rusiya, Ermənistandan rədd ol!”, “Qazprom, Ermənistandan rədd ol” şüarları yazılmışdı…

Aksiya iştirakçıları səfirə məktub təqdim ediblər, məktubda səfirlikdən İctimai Xidmətlərin Nizamlanması Komissiyasının qazın qiymətlərinin müzakirəsini təxirə salmaq üçün müdaxilə etmək xahiş olunur. Prezidentliyə sabiq namizəd Arkadi Qukasyan bildirib ki, səfirə müraciət etməkdə məqsəd Qazpromun dövlət müəssisəsi olmasıdır.

“Armtoday” saytının rəhbəri Kiviryan bildirib ki, söhbət mavi yanacağın qiymətinin qalxması ilə mübarizədən getmir: “Söhbət strateji tərəfdaş olan ölkənin istənilən məsələ ilə bağlı Ermənistana münasibətinin nəzərə alınmasından gedir. Bu ilk hal deyil. Rusiya uzun illərdir Ermənistanın zəifləməsi üçün belə addımlar atır. “Sooteçestvenniki” proqramını xatırlamaq kifayətdir. Rusiya daim Azərbaycanı silahla təmin edir, Ermənistan isə bu ölkə ilə müharibə vəziyyətindədir. Müttəfiq ölkələr bir-birinə belə münasibət bəsləmirlər”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134