Muəllif:

Rusiya Ermənistandakı 102-ci bazasının ərazisini genişləndirir

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasına İrəvandakı “Erebuni” hərbi aerodromunda əlavə ərazi veriləcək. Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan Ermənistan hökumətinin iclasında müvafiq qərar layihəsini təqdim edərkən deyib ki, bazaya helikopter eskadrilyası üçün dayanacaq, inzibati binaların və yanacaq-sürtgü materiallarının saxlanması üçün anbarların yerləşəcəyi ərazilər veriləcək.

Qərar Ermənistan-Rusiya hökumətlərarası komissiyasının 8-ci iclasının hər iki tərəfin öhdəliklərini nəzərdə tutan protokolu çərçivəsində qəbul olunub. Belə ki, Rusiya tərəfi 102-ci bazanı gücləndirməyi təklif edib və bu məqsədlə noyabr ayında Ermənistana 18 ədəd helikopter göndərməyə qərar verib. Bazaya verilən yeni ərazi bu texnikanı yerləşdirmək üçün nəzərdə tutulub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 109