Muəllif:

Rusiya bizim Mi-35M helikopter sifarişimizi gələn il tamamlayacaq

Rusiya Azərbaycanın sifarişi üzrə Mi-35M helikopterlərinin çatdırılmasını gələn ilin ortalarınadək tamamlayacaq. “Rusiya Helikopterləri” (Vertolyotı Rossii) şirkətində bu günədək Azərbaycanın sifarişlərindən 12 helikopter (4-ü 2011, 8-i 2012-ci ildə) istehsal edilərək sınaqdan keçirilib və sifarişçiyə çatdırılıb. Qrafikə uyğun olaraq digər helikopterlərin istehsalı üzrə Rostov-Don zavodunda işlər davam etdirilir.

Azərbaycanla Rusiya arasında Mi-35M helikopterlərinin alğı-satqısına dair müqavilə 2010-cu ilin sentyabrında imzalanıb.

Qeyd edək ki, Mi-35M helikopterləri hazırda Azərbaycan, Rusiya, Venesuela və Braziliyanın silahlanmasına daxildir. Mi-35M helikopterləri sürəti, manevr imkanları, silah arsenalının genişliyi və s. göstəricilərinə görə sələfi Mi-24 helikopterlərindən fərqlənir. Bu helikopter yerüstü əməliyyatlara atəş dəstəyi ilə yanaşı, evakuasiya, desantın və hərbi yüklərin göyərtədə və xarici asmada daşınmasını da həyata keçirə bilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 214