Muəllif:

Rusiya bizə viza tətbiq etməyə hazırlaşmır

Rusiyanın Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməsi gündəmdə deyil. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiya səfiri Polad Bülbüloğlu deyib.
Səfir bildirib ki, hər bir halda Azərbaycan vətəndaşları Rusiyaya xarici pasportla səfər edirlər: “Rusiyada hansısa deputatın, qəzetin viza tətbiqi ilə bağlı dedikləri və yazdıqları rəsmi mövqe deyil. Ola bilsin ki, bu məsələ müzakirə edilir. Ancaq istənilən halda Rusiya viza rejimini tətbiq edərsə, Azərbaycan da bu rejimin tətbiqinə başlaya bilər. Hazırda rəsmi olaraq bu məsələ müzakirə mövzusu deyil” (APA).

Səfir Rusiyaya gələn miqrantların, o cümlədən azərbaycanlıların dövlət dili ilə bağlı qarşılaşdığı problem haqda da danışıb: “İstənilən xarici ölkədə yerli dili bilmədən necə yaşamaq mümkündür? Xarici ölkəyə işləməyə gələn şəxsin gəldiyi ölkənin dilini bilməsi zəruridir. Bu, təkcə azərbaycanlılara deyil, digər keçmiş sovet respublikaları vətəndaşlarına da aiddir. Bəzən səfirliyə gələn soydaşlarımızla söhbət əsnasında görürəm ki, rus dilində bir söz belə ifadə edə bilmir. Belə olan halda həmin adamın Rusiyada necə yaşayacağını soruşmaq məcburiyyətində qalıram. Mən Rusiyaya gələn bütün azərbaycanlılara bildirirəm ki, həmin ölkədə işləmək üçün rus dilini elementar səviyyədə bilmək vacibdir. Rusiyanın və istənilən digər ölkənin bu tələbinə normal yanaşıram”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189