Muəllif:

Rusiya bizə ötən il nə kimi silah və texnika satdığını açıqlayıb

Rusiyanın ötən il Azərbaycana satdığı silah və texnikanın siyahısı açıqlanıb. Bu silah ixracatçısı 2012-ci ildə Azərbaycana helikopterlər, artilleriya və hava hücumundan müdafiə sistemləri satıb. Bu barədə Rusiyanın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi 2012-ci il ixracat hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il Rusiya Azərbaycana 8 ədəd zərbə helikopteri və 18 ədəd iri çaplı artilleriya sistemi çatdırıb. Bundan başqa, Azərbaycana 1200 ədəd daşınan zenit-raket kompleksinin (200 buraxıcı qurğu və 1000 raket) satışı gerçəkləşdirilib.

Rusiya 2011-ci ildə Azərbaycana 4 ədəd zərbə helikopter satdığı barədə BMT-yə məlumat verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128