Rusiya bizə 18 ədəd «Vena» özüyeriyən artilleriya qurğusu satacaq
Rusiya bizə 18 ədəd «Vena» özüyeriyən artilleriya qurğusu satacaq və onların ilk partiyası yaxın vaxtlarda Azərbaycana təhvil veriləcək.Rusiya Azərbaycanla 2s31 «Vena» özüyeriyən topların alğı-satqısına dair müqaviləni 2014-cü ilin sonuna qədər tam şəkildə həyata keçirəcək. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Yaxın vaxtlarda «Kurqanmaşzavod» müəssisəsi tərəfindən istehsal olunmuş özüyeriyən topların ilk partiyası Azərbaycana təhvil veriləcək.
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 2012-ci ildə imzalanmış müqavilə çərçivəsində 18 ədəd «Vena» özüyeriyən artilleriya qurğusu alınması nəzərdə tutulub. BMP-3 döyüş maşınlarının şassisi üzərində hazırlanmış «Vena» sistemi 120 mm çaplı topa malikdir.
Xatırladaq ki, bu ilin sentyabrında Azərbaycanın sifariş verdiyi «Vena»ların istehsalına başlanıldığını əks etdirən fotolar yayılıb.