Muəllif:

Rusiya-Azərbaycan: qəlbən dostluğun sönməz alovu

Prezident Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan və Rusiya xalqları arasında mövcud olan mədəni-tarixi əlaqələrə həsr olunan “Rusiya-Azərbaycan: qəlbi dostluğun sönməz alovu” adlı (Россия-Азербайджан: сердечной дружбы огонь негасимый) fotosərgi açılıb. APA-nın məlumatına görə, “RİA Novosti” informasiya agentliyin təşkil etdiyi fotosərgi Heydər Əliyev Fondun dəstəyi ilə keçirilir. “Flame Tower” kompleksində açılan sərgidə ziyarətçilər iki ölkə prezidentlərinin görüşündən, Azərbaycan mədəniyyət xadimlərin konsertlərindən çəkilən fotoşəkillərə baxmağa imkan əldə edərlər.
“RİA-Novosti” informasiya agentliyin Bakıdakı nümayəndəliyin rəhbəri Əziz Əliyevin sözlərinə görə, fotosərgi əsasən 4 mövzunu əhatə edir: “Burada “RİA Novosti” arxivində olan siyasi, mədəni, idman və janr üslubunda çəkilən 40-dan çox şəkil nümayiş olunur. Burada ən köhnə şəkil 1943-cü ildə, ən son kadrlar isə Kazanda keçirilən Universiadada çəkilib. Nəzərə alsaq ki Rusiya-Azərbaycan əlaqələrin 200 ildən çox tarixi var, biz bu mövzular ətrafında dayanmaya bilməzdik”.

Ekspozisiyada o cümlədən bəstəkar Dmitri Şostakoviçin royal arxasında öz tələbəsi Qara Qarayevlə, sovet estradasının ulduzları Müslüm Maqomayevlə Polad Bülbüloğlunun, eləcə də Mstislav Rostropoviçin Vladimir Putin və İlham Əliyevlə çəkilmiş fotoşəkilləri sərgilənir.

Valeri Şustov, Anatoli Qaranin, Sergey Quneyev, Boris Kaufman, Vladimir Fedorenko kimi məşhur fotoqrafların əsərləri Böyük Vətən müharibəsindən günümüzə qədər olan dövrü əhatə edir.

Sərgi avqustun 15-də sona çatacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 200