Muəllif:

Rus zabit ailələrinin Qəbələdən yola salınma işi yekunlaşır

Qəbələ radiolokasiya stansiyasının (RLS) hərbi şəhərciyində yaşayan rus zabit ailələrinin Azərbaycandan çıxarılma prosesi tamamlanmaq üzrədir. APA-nın məlumatına görə, Rusiya SQ-nin bu şəhərcikdə yaşayan zabit və gizir ailələrinin böyük hissəsi artıq Rusiyaya yola salınıb. Hazırda hərbi şəhərcikdə 100-ə yaxın zabit ailəsi qalıb.

Şəhərcikdəki məktəb istisna olmaqla, uşaq bağçası və bir sıra digər sosial infrastrukturlar da fəaliyyətini dayandırıb.
Rusiya tərəfi ötən ilin dekabrından Qəbələ RLS-də fəaliyyətini dayandırıb. İnventarın siyahıya alınması və təhvil-təslimlə bağlı komissiyalar tərəfindən işlər aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124