Ruhi yenidən efirdə
«Bu yaxınlarda tamaşaçılar məni ATV kanalında yayımlanacaq «Özünə bax» layihəsində münsif qismində görəcəklər. Bu proqram həftəiçi hər gün efirdə olacaq, geyim tərziylə seçilən xanımları qiymətləndirəcəyik. Layihənin əsas məqsədi qadınlara zövqlə və düzgün geyinməyi aşılamaqdır». Bu sözləri yaxın günlərdə ATV televiziyasında efirə gedən «Özünə bax» yarışmasının təşəbbüskarı, biznes-ledi Ruhi bildirib. Ruhi deyib ki, iştirakçıları onunla yanaşı digər peşəkarlar da müzakirə edəcəklər.
İki mövsüm yayımlanması planlaşdırılan layihə ilə Ruhini izləyicilər tez-tez görə biləcək:
«Bu günədək yerli telekanallarda bu tərz yarışma keçirilməyib. Sevindirici haldır ki, proqrama iştirakçı qismində qatılmaq istəyən xanımlar arasında hər yaş kateqoriasından olan qadınlar var. Düşünürəm ki, «Özünə bax»ın köməyi ilə xanımlar daha zövqlü və düzgün geyinəcəklər».
Ruhinin sözlərinə görə, yarışmada qalib gələn xanıma brilyantlarla bəzədilən tac hədiyyə ediləcək:
«Ümumiyyətlə, yarışmanın qaliblərinə bahalı və böyük hədiyyələr təqdim olunacaq. Bu yarışmaya 18 yaşından tutumuş 60 yaşa qədər istənilən xanım qatıla bilər. Məqsədimiz gözəlliyinə görə dünyanın heç bir qadınından geri qalmayan Azərbaycan xanımlarının necə baxımlı olduğunu göstərməkdir. Yəni bu bir mədəniyyət layihəsdir. Azərbaycan qadının dəyərini göstərəcək bir layihə».